Ru
11:29 / 27 Aprel 2026

İlham Əliyev Cənubi Afrika prezidentini təbrik etdi

İlham Əliyev Cənubi Afrika prezidentini təbrik etdi
Eye

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu ünvanlanıb.

Bakupost.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika arasında dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq həm ikitərəfli əsasda, həm də çoxtərəfli çərçivədə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar