Ru
17:25 / 22 Yanvar 2026

İlham Əliyevin adından saxta açıqlama yayıldı - MEDİA bəyanat yaydı

İlham Əliyevin adından saxta açıqlama yayıldı - MEDİA bəyanat yaydı
Eye

Feysbuk sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Respublikasının Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.


Bakupost.az xzəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır.

Qeyd edək ki, son zamanlar oxşar məzmunlu kiberdələduzluq hallarına Feysbuk platformasında tez-tez rast gəlinir.

"Bununla əlaqədər olaraq Feysbuk platformasının sahibi “Meta” şirkətini zərərli məzmunu aradan qaldırmaq üçün operativ tədbirlər görməyə çağırırıq.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar