Xəbər verdiyimiz kimi, “Şərur” MTK-nın sahibi, tikinti maqnatı İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus “Hollywood” restoranında dava düşüb.
Bakupost.az xəbər verir ki, adıçəkilən restoranın sahibi İsfəndiyar Axundov hadisəylə bağlı “Yeni Sabah”a açıqlama verib:
“Hollywood” restoranını icarəyə vermişəm. Oranın gündəlik fəaliyyəti ilə maraqlanmıram”.
O bildirib ki, “Hollywood”dakı kütləvi dava barədə məlumatı yoxdur.
“Hadisədən məlumatsızam. “Hollywood” restoranını icarəyə vermişəm. Ona görə də davadan filan xəbərim yoxdur. Kim nə edir mənə niyə desin? Mənim işim gücüm yoxdur?”, – deyə İsfəndiyar Axundov bildirib.