Ru
18:12 / 22 Yanvar 2026

Misir Mərdanov bu vəzifəyə təsdiqləndi - FOTO

Misir Mərdanov bu vəzifəyə təsdiqləndi - FOTO
Eye

Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.

Bakupost.az xəbər verir ki, bu barədə Modern.az-a fakültədən bildirilib.

Məlumata görə, M.Mərdanov hazırda Ali riyaziyyat kafedrasının müdiri kimi fəaliyyət göstərir.

BDU-dan o da bildirilib ki, Mexaniki-riyaziyyat fakültəsində bir sıra kafedraların birləşdiriləcəyi və onların adlarının dəyişdiriləcəyi gözlənilir.

Misir Mərdanov 1998–2013-cü illərdə təhsil naziri, 2013–2025-ci illərdə isə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar