Ru
19:36 / 22 Yanvar 2026

32 yaşlı azərbaycanlı Moskvada həyatını itirdi

32 yaşlı azərbaycanlı Moskvada həyatını itirdi
Eye

Salyan rayon sakini Moskvada avtomobil qəzasında həlak olub.

Bakupost.az Report-a istinadla xəbər verir ki, hadisə ötən gün Rusiyanın Moskva vilayətinin Domodedovo şəhərində baş verib.

1994-cü il təvəllüdlü Faiq Ələkbərov işə gedərkən iki avtomobilin iştirakı ilə baş verən yol qəzasına düşüb və hadisə yerində həyatını itirib.

Yaxınları bildiriblər ki, mərhumun nəşinin bu gün axşam saatlarında Salyana gətirilməsi planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhumun fotosunu jurnalist Emil Məmmədov sosial şəbəkə hesabında paylaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar