Ru
19:09 / 22 Yanvar 2026

Şərif Ağayar Rəşid Behbudova görə üzr istədi

Şərif Ağayar Rəşid Behbudova görə üzr istədi
Eye

Məlum qalmaqallı statusumda heç də məqsədim xalq artisti Rəşid Behbudovu aşağılamaq olmayıb. Mən yumşaq kişi səslərinin toyxanaları başına götürməsindən yazmışdım. Rəşid müəllimlə bağlı sadəcə xırda bir nüans, hətta bir ifadə vardı, o isə müğənninin özünə yox, səsinə aid idi.

Bakupost.az xəbər verir ki, bu sözləri yazıçı Şərif Ağayar bir neçə gün öncə paylaşdığı statusu ilə bağlı qeyd edib.

“Düzü, fikirlərimin bu qədər geniş rəy doğuracağını, ailəsini, müğənninin yaxınlarını və onu sevənləri bu qədər narahat edəcəyini düşünmürdüm. Mən insanları heç vaxt incitmək istəmirəm. Görünür, ifadələri seçəndə bir az diqqətsizlik etmişəm. Buna görə ilk növbədə sənətkarın ailəsindən, daha sonra bütün rəşidsevərlərdən üzr istəyirəm.

Xatırladım ki, Rəşid Behbudova sənətkar kimi lap gəncliyimdən yüksək qiymət vermiş və haqqında dəfələrlə müsbət yazılar, xoş fikirlər yazmışam.

Ümid edirəm, indən belə inciklik və narahatlıq aradan qalxar, mənim də vicdanım rahat olar”, - o bildirib.

Qeyd edək ki, Şərif Ağayar qalmaqallı və düzgün anlaşılmadığını təsdiqlədiyi statusunu hesabından qaldırmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar