Ru
13:31 / 04 Noyabr 2025

İllər əvvəl Bakıda “banda” yaradıb, dəhşət saçan Xəyala hökm oxundu

İllər əvvəl Bakıda “banda” yaradıb, dəhşət saçan Xəyala hökm oxundu
Eye

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə cinayətkar birlik təşkil edərək dəstənin digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməkdə təqsirləndirilən Xalid Tağıyevə prokuror iş istəyib.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, dövlət ittihamçısı X.Tağıyevin 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkənin nümayəndəsi X.Tağıyevin ən ağır cəzaya məhkum edilməsini istəyib.

X. Tağıyev çıxışında əməlindən peşman olduğunu deyib.

Müşavirədən qayıdan məhkəmə heyəti X. Tağıyevin 15 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən istintaqla Xalid Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik təşkil edərək dəstənin digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Belə ki, onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə, ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Xalid Tağıyevin həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirakı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

01.07.2000-ci il tarixdə Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək barəsində beynəlxalq axtarış elan edilmiş Xalid Tağıyev cari il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib, növbəti gün ona rəsmi ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il aprelin 29-da təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittiham irəli sürülüb.

Şərhlər
  • Fərzulla Xalıqov

    Özəl-şəxsi, mafiya, banda, təşkilatlar, dövlətlər arası beynəlxalq bütün təcavüz və cinayətlər tam əhatəsi-ətrafı ilə mümkün operativ və çox ciddi-dəqiq təqib-təhqiq edilməlidir ki, hər hansı cinayətə cəhd qalmasın? Ya kökü kəsilsin!? Yazılana görə 1995ci ildən mütəşəkkil (30 il azı üç vətəndaşı qətlə yetirmiş, ya iştirakçı) tək cinayətkara 15 il hökm? Bəs, *banda* struktur üzvləri, yaxın ətrafı və sifarişçiləri?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar