Keçmiş İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu 17 ildir üzv olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) rəsmən istifa edib.
"Bakupost" "NTV Haber"ə istinadla xəbər verir ki, bu barədə o, vəkilləri vasitəsilə X sosial şəbəkə hesabından yaydığı açıqlamada bildirib.
İmamoğlu vəkilləri vasitəsilə yaydığı açıqlamada Türkiyənin gələcəyi üçün "YENİ bir yol" açdıqlarını elan edib:
“Hörmətli vətəndaşlarım, dəyərli yol yoldaşlarım,
17 illik Cümhuriyyət Xalq Partiyası (CHP) üzvlüyümdən istefa edirəm.
Bu qərar ölkəmizin gələcəyinə dair inandığım dəyərlərin və millətimiz qarşısında daşıdığım məsuliyyətin nəticəsidir.
Bu günə qədər birlikdə zəhmət çəkdiyimiz, çiyin-çiyinə addımladığımız bütün yol yoldaşlarıma təşəkkür edirəm.
Bu gün Türkiyənin daha güclü, daha demokratik və daha ümidverici sabahlarını birlikdə qurmaq üçün YENİ bir yol açırıq.
Sizi bu yürüşün bir parçası olmağa, ümidi birlikdə böyütməyə və gələcəyi birlikdə qurmağa dəvət edirəm".
Qeyd edək ki, İmamoğlu ilə eyni vaxtda CHP-nin keçmiş sədri Özgür Özəl və partiyanın 91 millət vəkili də istefa verərək rəsmən "YENİ Partiya" adlı yeni siyasi təşkilat təsis ediblər. Bu kütləvi istefalardan sonra CHP-nin parlamentdəki mandat sayı 44-ə düşüb və partiya ana müxalifət statusunu itirib. Yeni qurulan partiya isə parlamentin ikinci ən böyük qüvvəsi olub.
Asena,
BakuPost