Ru
13:33 / 11 İyun 2026

İmtahana gedən tələbə quyuya düşdü - VİDEO

İmtahana gedən tələbə quyuya düşdü  - VİDEO
Eye

Bakıda tələbə universitet yaxınlığında qazılmış quyuya düşərək xəsarət alıb.

Bakupost.az xəbər verir ki, Əsgər Cabbarov imtahana gedərkən 9 metr dərinlikdəki quyuya yıxılıb. O, hadisə nəticəsində ağır xəsarət alıb.

Tələbənin anası Gülsarə Cabbarovanın sözlərinə görə, oğlunu tələbə yoldaşları huşsuz vəziyyətdə tapıb.

“Onu xəstəxanaya çatdırıblar. Oğlumun başına 5 tikiş qoyuldu. Sonra məlum oldu ki, uşağımın böyrəyi 2 yerə bölünüb, görüntüləri də var”.

O qeyd edib ki, həmin yerdə təhlükəsizliyə məsul olan “Caspian Construction” şirkəti övladı ilə maraqlanmayıb:

“Onlardan bunun səbəbini soruşanda, mənə dedilər ki, qışqır-bağır salma, get nə edirsən et. İndi çıxıb cavab versinlər. Niyə 20 manatlıq setkadan ötrü mənim uşağım bu hala düşməlidir?! Deyirlər ağır texnika işləyir, axı insanlar keçən yerdə ağır texnika necə işləyə bilər?! Mənim övladım yarımcandır, qanun qarşısında cavab versinlər”.

Zərərçəkmiş tərəfin vəkili bildirib ki, hadisə ilə bağlı sözügedən şirkətin əməkdaşı Ceyhun Bəbirzadə cinayət məsuliyyətinə cəlb edilib. O, məhkəmə prosesində özünü qismən təqsirli bilib. Qətimkan tədbiri olmadan davam edən məhkəmə prosesi iyunun 30-na planlaşdırılıb.

Şirkət əməkdaşı Səbuhi Həmzəyev isə sualları cavablandırmaqdan imtina edib.

Ətraflı Real TV-nin reportajında:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar