Ru
00:11 / 30 İyul 2022

İntihar etdiyi deyilən sabiq polis rəisindən AÇIQLAMA

4291
Sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərovun qalmaqallı “Nərmin işi” ilə bağlı olaraq intihar etməsi barədə xəbərlər yayılıb.


Bakupost.az bildirir ki, məsələ ilə bağlı sabiq rəis Şirzad Əsgərov Musavat.com-a açıqlama verib.


Ş.Əsgərov bu cür məlumatların hansı məqsədlə yayıldığı haqda fikir bildirmək istəməyib. Amma qeyd edib ki, azyaşlı Nərminin qətli ilə bağlı hazırda davam edən məhkəmə araşdırması yekunlaşdıqdan sonra barəsində həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslər barəsində məhkəməyə müraciət edəcək.


Ş.Əsgərov əlavə edib ki, məhkəmə qanuni hökmünü çıxarana qədər bu mövzu ətrafında danışılan fikirlərə münasibət bildirmək olmaz: “Polis rəisi olsan belə istintaq orqanının işinə qarışa bilməzsən. Buna imkan belə verməzlər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər