İki ölkə arasındakı gərginlik Rusiya turoperatorlarının işinə təsir etməyib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səyahət Sənayesi İttifaqı (RUTI) məlumat yayıb.
Birliyin yaydığı açıqlamaya görə, rus turistlər Azərbaycanda özləri üçün hər hansı bir təhlükə hiss etmirlər və hazırda bu ölkədə istirahətdə olan turistlər var.
“Amigo-S” şirkətinin baş direktoru Sergey Velikadanov “Hələlik standart rejimdə işləyirik” deyib.
“Delfin” şirkətinin baş direktoru Sergey Romaşkin isə bildirib ki, hazırda Azərbaycanda turistləri yoxdur, şirkətin növbəti turist gəlişi iyulun 4 və 6-da gözlənilir.
"Kimlərinsə səyahətdən imtina edəcəyini gözləmirik", - şirkət rəhbəri bildirib.
Əksər tur şirkətləri Azərbaycandakı vəziyyətin turistləri narahat etmədiyini və əvvəlki qaydada işlədiklərini qeyd ediblər.