Ru
12:41 / 03 İyul 2025

Ərdoğan sabah Xankəndiyə gələcək

Ərdoğan sabah Xankəndiyə gələcək
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında iştirak etmək üçün iyulun 4-də Xankəndi şəhərinə səfər edəcək.


Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilatda islahatlar kimi məsələlər müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezidenti sammitdə çıxış edəcək, liderlərlə görüşlər keçirəcək.

Sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, ŞKTC də daxil olmaqla müşahidəçilər, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar