Rusiya Prezident Administrasiyası Qafqaz istiqamətində ciddi səhvlərə yol verib.
Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistanın “Hraparak” nəşrinə açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanda baş verən hadisələr Makron və ya Kallasın bəyanatları ilə deyil, Ərdoğan vasitəsilə bir-birinə bağlıdır.
O, 20 iyunda Paşinyanın, 19 iyunda İlham Əliyevin Türkiyədə səfərdə olduğunu xatırladıb, həmçinin Ərdoğanın Bakıya bu gün səfər edəcəyini deyib (Ərdoğan sabah Xankəndiyə səfər edəcək – red.). O, “baş verənlərin” Türkiyənin siyasəti ilə bağlı olduğunu iddia edib:
“Bu, o deməkdir ki, Paşinyan, Əliyev və Ərdoğan eyni komandada işləyir”.
Aygün,
BakuPost