İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Ağdam şəhərindəki İmarət Kompleksində Qarabağ atlarının Zəfər şousunu izləyiblər.
Bakupost.az xəbər verir ki, atlılar musiqi sədaları altında əllərində quruma üzv ölkələrin bayraqları ilə meydana daxil olaraq dövrə vurub və qonaqları salamlayıblar.
Daha sonra rəqqaslar Azərbaycan milli rəqslərini ifa ediblər.
Tədbirdə iştirak edən dövlət başçıları, həmçinin Azərbaycan mədəniyyətini, incəsənətini və milli dəyərlərini daha yaxından tanımaq imkanı əldə ediblər.
Qeyd edək ki, iyulun 4-də Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü keçiriləcək.