Ru
23:28 / 03 İyul 2025

İran BAEA ilə bağlı fikrini dəyişdirdi: Əlaqəni davam etdirəcəyik!

İran BAEA ilə bağlı fikrini dəyişdirdi: Əlaqəni davam etdirəcəyik!
Eye

"İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqdir və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qarşılıqlı əlaqəni davam etdirəcək".

Bakupost.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Abbas Əraqçı "X" sosial şəbəkə hesabında yazıb.

"Əməkdaşlığımız təhlükəsizliklə bağlı aşkar səbəblərə görə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının vasitəsilə həyata keçiriləcək", - deyə o vurğulayıb.

Xatırladaq ki, iyunun 25-də İran parlamenti Tehranın BAEA ilə əməkdaşlığını dayandıran qanun layihəsini təsdiqləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar