Ru
23:17 / 03 İyul 2025

Günay Qurbanova növbəti dəfə Avropa çempionu oldu

Günay Qurbanova növbəti dəfə Avropa çempionu oldu
Eye

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Bakupost.az xəbər verir ki, bu gün qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.

Dünən bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, güləşçimiz bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar