İran böhranı böyüyür: Azərbaycan üçün risklər və variantlar - Elçin Şıxlı şərh edir - VİDEO
624
İranda başlanan müharibə Rusiyanın imkanlarını bir az da məhdudlaşdıracaq, Çinin imkanlarına isə ciddi zərbə vuracaq.
Bakupost.az xəbər verir ki, bunu əməkdar jurnalist Elçin Şıxlı cənub qonşumuzda baş verən hadisələri şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan İranda aparılan əməliyyatlarla bağlı bir neçə varianta hazır olmalıdır:
“İranda vəziyyətin necə inkişaf edəcəyini indidən proqnozlaşdırmaq çətindir. Amma bir məsələ aydındır ki, burada baş verənlər təkcə regionun deyil, qlobal güclərin də balansına təsir edəcək. Müharibə uzanarsa, bu, Rusiyanın resurslarını daha da zəiflədəcək, Çinin isə iqtisadi və geosiyasi planlarına mənfi təsir göstərəcək.”
Elçin Şıxlı hesab edir ki, Azərbaycan prosesləri soyuqqanlılıqla izləməli və mümkün ssenarilərə qarşı hazırlıqlı olmalıdır.
Jurnalist cənubdan Azərbaycana kütləvi qaçqın axınının olacağını düşünmür:
“Mən azərbaycanlıların ölkəni kütləvi şəkildə tərk edəcəyi qənaətində deyiləm. Cənubdakı soydaşlarımız öz torpaqlarına bağlı insanlardır. Panikaya əsas görmürəm.”
Onun fikrincə, hazırkı mərhələdə ən vacib məsələ regionda sabitliyin qorunması və proseslərin Azərbaycanın milli maraqları prizmasından düzgün təhlil edilməsidir.
Bakupost.az Elçin Şıxlının məsələ ilə bağlı geniş müsahibəsini təqdim edir: