Ru
10:47 / 17 Sentyabr 2025

Zelenskiyə məktub yazan Şahbazi İsrail agenti kimi edam edildi - FOTO

Zelenskiyə məktub yazan Şahbazi İsrail agenti kimi edam edildi - FOTO
Eye

İran İsraillə təhlükəsizlik sahəsində əməkdaşlıq etməkdə təqsirləndirilən Babək Şahbazini edam edib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İsrail lehinə casusluq etməkdə təqsirli bilinən Şahbazi bu gün səhər saatlarında edam olunub.

Məlumata görə, o, İranın məlumat mərkəzləri, eləcə də təhlükəsizlik qurğuları haqqında məxfi məlumatları toplayaraq İsrail kəşfiyyatına ötürüb.

Lakin iranlı fəallar onun həbsinin əsl səbəbinin Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq və Rusiyaya qarşı döyüşmək arzusunu ifadə etdiyi məktub olduğunu iddia edirlər.

Onların sözlərinə görə, etiraf işgəncə altında alınıb.

Zelenskiyə məktub yazan Şahbazi İsrail agenti kimi edam edildi - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar