Ru
11:27 / 17 Sentyabr 2025

Hər bir azərbaycanlı "Qarabağ"la qürur duyur - İlham Əliyev

 Hər bir azərbaycanlı "Qarabağ"la qürur duyur - İlham Əliyev
Eye

Azərbaycan Prezidenti İlham Əliyev Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı qələbəsi münasibətilə "Qarabağı" təbrik edib.

Bakupost.az təbrik mətnini təqdim edir:

"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. "Qarabağ"ın Avropanın köklü klublarından biri olan "Benfika" ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan "Qarabağ"la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar