Uralda Azərbaycan diasporunun yeni rəhbəri olduğunu iddia edən Vidadi Mustafayev Azərbaycana qarşı əməllərini davam etdirir.
Bakupost.az xəbər verir ki, bu dəfə o, həbsdə olan diaspor rəhbəri Şahin Şıxlinskinin tərəfdarlarının azərbaycanlıların "xüsusi əməliyyat" üçün apardığı ianə toplama kampaniyasını pozduqlarını bildirib. V.Mustafayev qeyd edib ki, Şahin Şıxlinski diaspor üzvlərini ianə verməməyə və tədbirlərdə iştirak etməməyə çağırıb.
Vidadi Mustafayev əlavə edib ki, yaxın vaxtlarda Moskvada Rusiya diplomatları ilə görüşüb, onlara öz proqramını təqdim edib və əlaqəni davam etdirmək vədi alıb. O, eyni zamanda, Azərbaycan diplomatları ilə əlaqə saxlamağın mənasız olduğunu qeyd edib.
Qeyd edək ki, bu xəbərdən sonra azərbaycanlılar sosial mediada Vidadi Mustafayevi sərt tənqid edib, onu Azərbaycana xəyanət etməkdə günahlandırıblar.
Aysel,
BakuPost