Ru
14:38 / 18 Dekabr 2025

“Miqyas baxımından böyük məbləğ deyil” – İqtisadçı Bakının İrəvana neft ixracından danışdı

“Miqyas baxımından böyük məbləğ deyil” – İqtisadçı Bakının İrəvana neft ixracından danışdı
Eye

“Azərbaycan özü daxili tələbatı ödəmək üçün xaricdən benzin idxal etdiyi halda, Ermənistana 22 vaqon “Aİ-95” göndərir. Amma bu klassik iqtisadi proses deyil, sülh gündəliyini möhkəmləndirən düşünülmüş siyasi addımdır və doğru qərardır”.

Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov sosial şəbəkədəki səhifəsində yazıb.

İqtisadçı bildirir ki. söhbət miqyas baxımından böyük məbləğdən getmir: “Bir vaqon təxminən 55–60 ton benzin deməkdir. Pula çevrildikdə 22 vaqon bir neçə milyon dollar edir. Yəni bu, Azərbaycan iqtisadiyyatı üçün böyük pul deyil. Həm də onsuz da bu hədiyyə deyil, satılır və pulu alınır”.

E.Əmirov qeyd edir ki, həm də əsas məsələ Ermənistanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun əsasının qoyulmasıdır və bu rol zamanla artacaq: “Bu isə sülhü praktik olaraq möhkəmləndirən amildir. Bu cür addımlar sərhəddə sülhün davamlı olmasına, sülh müqaviləsinin imzalanmasına xidmət edir”.

“Ən başlıcası isə bu proses bir məqsədə yönəlib – Azərbaycan əsgəri bir də şəhid olmasın, anaların ürəyi parçalanıb, gözləri qan ağlamasın”, – deyə Eldəniz Əmirov fikrini yekinlaşdırıb.

Lalə Novruz, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar