Ru
17:11 / 15 Noyabr 2025

İran neft tankerini ələ keçirdiyini təsdiqlədi

İran neft tankerini ələ keçirdiyini təsdiqlədi
Eye

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində Sinqapura yollanan "Talara" neft tankerinin saxlanıldığını rəsmən təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tankerin yükünün müsadirəsi ilə bağlı məhkəmə orqanları order verdikdən sonra SEPAH dəniz qüvvələri gəmini izləyərək saxlayıb.

"Tankerin göyərtəsində təxminən 30 min ton neft məhsulu olub. Sənədlərin yoxlanılmasından sonra gəminin İran qanunvericiliyini pozduğu müəyyən edilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, noyabrın 14-də xarici KİV-lərdə İranın sözügedən neft tankerinə əl qoyduğu barədə xəbərlər yayılmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar