Bu gün İran parlamenti ABŞ ilə mümkün danışıqları, eləcə də ölkənin müdafiə və milli təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün qapalı iclas keçirib.
Bakupost.az İRNA-ya istinadən xəbər verir ki, parlamentin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi bu barədə məlumat verib. Onun sözlərinə görə, iclasda Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi və xarici işlər naziri Abbas Araqçı də iştirak ediblər.
Sözçü bildirib ki, müzakirələr zamanı əvvəlki danışıqlarda buraxılan səhvlərin təkrarlanmamasının vacibliyi vurğulanıb. Eyni zamanda, İranın uranın zənginləşdirilməsinin sıfıra endirilməsini qəbul etməyəcəyi xüsusi qeyd olunub.
Qudərzinin sözlərinə görə, millət vəkilləri danışıqların güc və yolu ilə aparılmalı olduğunu bildiriblər. O əlavə edib ki, ölkənin nüvə sənayesinin qorunması diplomatiya üçün qırmızı xətt sayılır və bu sahə İranın gələcəyi üçün strateji əhəmiyyət daşıyır.
Cavid, BakuPost