Ru
10:14 / 15 Yanvar 2026

İran silahsız etirazçıları güllələyir – ABŞ nazirindən Tehrana ağır sözlər

İran silahsız etirazçıları güllələyir – ABŞ nazirindən Tehrana ağır sözlər
Eye

“Vaşinqton İrandan çıxarılan milyonlarla dolları yaxından izləyir”.

Bakupost.az xəbər verir ki. bu sözləri “FOX News” kanalaına müsahibəsində ABŞ-nin maliyyə naziri Skot Bessent deyib. Onun sözlərinə görə, İran hakimiyyəti sonunun yaxın olduğunu anlayır və mövcud vəziyyətdə sanksiyalardan yayınmaq üçün vəsaitləri ölkədən çıxarmağa çalışır.

Bessent qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi İran tərəfindən həyata keçirilən maliyyə köçürmələrini həm bank sistemi, həm də rəqəmsal aktivlər vasitəsilə izləyir. Nazir vurğulayıb ki, bu pullar dünyanın müxtəlif ölkələrindəki banklara və maliyyə qurumlarına daxil olur.

ABŞ maliyyə naziri vəziyyəti sərt ifadələrlə təsvir edərək, İran hakimiyyətinin davranışını “gəmidən qaçan siçovullara” bənzədib. Bessent əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi İran rəsmiləri bu pulları uzun müddət gizlədə və ya təhlükəsiz şəkildə saxlaya bilməyəcək.

***

Bu arada “Fox News”un hazırladığı reportajda telekanalın xarici müxbiri Trey Yinqstə danışan iranlı etirazçı repressiv qüvvələrinin ona dolu silahla atəş açdığını bildirib. Hadisə etirazçının ölkəni tərk etməsindən sonra ictimaiyyətə açıqlanıb.

Etirazçının sözlərinə görə, təhlükəsizlik qüvvələri heç bir xəbərdarlıq etmədən silahı qaldıraraq atəş açıblar: “Onlar silahı qaldırdılar atəş açdılar. Güllələr sinəmə və çənəmə dəydi”, – deyə, o, bildirib.

Jurnalist bu reportajın İranda silahsız etirazçılara qarşı odlu silahlardan istifadənin sistemli xarakter daşıdığını göstərən növbəti sənəd olduğunu qeyd edib.

Hesabatda bildirilir ki, bu fakt İran hakimiyyətinin vətəndaşlara qarşı artan və mütəşəkkil zorakılıq siyasətinin daha bir nümunəsidir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar