Ru
10:34 / 15 Yanvar 2026

“Zirə”nin legioneri alman klubunda – “Belə futbolçu çox azdır”

“Zirə”nin legioneri alman klubunda – “Belə futbolçu çox azdır”
Eye

Almaniyanın “SV Waldhof Mannheim” klubu mövsümün ikinci yarısının başlanmasına iki gün qalmış heyətini yeni transferlə gücləndirib. Klub “Paderborn”a transfer olunan Kennedi Okpalanın yerinə Lüksemburq milli komandasının futbolçusu Vinsent Till ilə müqavilə imzalayıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Mannheym təmsilçisində Lüksemburq millisinin sabiq baş məşqçisi Lük Holtz ilə yenidən bir araya gələcək. Holtz 2010–2025-ci illərdə Lüksemburq milli komandasına rəhbərlik edib. Həmin zaman Till 57 oyunda meydana çıxıb.

Vinsent Till son olaraq Azərbaycanda “Sabah” və “Zirə”nın formasını geyinib. O, bu klublarda ümumilikdə 27 oyun keçirib və 5 qol ötürməsi ilə yadda qalıb. Futbolçu oktyabr ayından klubsuz idi.

Till karyerası ərzində erkən yaşda – 16 yaşında “Metz” FK-da debüt edib. O, həmçinin İsveçdə (19 oyun), Portuqaliyada (17 oyun) və Fransada yüksək liqa təcrübəsi qazanıb. Lüksemburqlu futbolçu UEFA Konfrans Liqasının seçmə mərhələsində də 6 oyunda iştirak edib.

Klubun idman direktoru Cerard Zuber Tilli “çox güclü driblinqçi” və “yüksək oyun zəkasına malik futbolçu” kimi xarakterizə edib:

“O, çox yönlüdür və apardığımız danışıqlarda bizi tam inandırdı. Standart vəziyyətlərdəki keyfiyyəti bizim üçün böyük üstünlükdür. Bu gün Vinsenti komandamıza təqdim edə bildiyimiz üçün çox xoşbəxtik”.

Qeyd edək ki, “SV Waldhof Mannheim” Tillin karyerasında 15-ci klub olacaq.

Futbolçunun özü isə transferlə bağlı bildirib ki, alman klubundan gələn təklif onu ilk andan cəlb edib:

“Klub haqqında əvvəldən çox müsbət fikirlər eşitmişdim. İndi əsas məqsədim komandaya tez uyğunlaşmaq və mümkün qədər çox qələbə qazanmağa töhfə verməkdir”.

Klubun idman direktoru Matias Şober də transferi şərh edərək qeyd edib ki, komandanın heyətində bu tip oyunçu çatışmırdı. Onun sözlərinə görə, Till hücum xəttinə yeni variantlar və mövsümün ikinci yarısı üçün taktiki çeviklik qazandıracaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar