Ru
21:17 / 27 Yanvar 2026

İrana hücum qətiləşdi: Zərbələr hansı səviyyədə olacaq?

İrana hücum qətiləşdi: Zərbələr hansı səviyyədə olacaq?
Eye

ABŞ İran daxilində etirazların yatırılmasında və nümayişçilərin öldürülməsində iştirak etmiş iranlı məmurlar və hərbi şəxslərə qarşı “nöqtəli zərbələr” endirmə imkanını nəzərdən keçirir. Zərbələr artıq yaxın vaxtlarda həyata keçirilə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

O, “Nyu York Tayms”da dərc olunan məqalədən sitat gətirib: “ABŞ-ın İrana zərbəsi qaçılmazdır, yeganə müzakirə predmeti isə zərbələrin miqyasıdır”:

“Tramp administrasiyasında İran hakimiyyətinin dəyişdirilməsi ssenarisi hələ də istisna edilmir.
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirib, aviadaşıyıcı zərbə qrupunu, “Patriot” və THAAD hava hücumundan müdafiə sistemlərini bölgəyə yerləşdirib, həmçinin raket tədarükünü kəskin artırıb.

ABŞ kəşfiyyatı Donald Trampa bildirib ki, İran kritik vəziyyətə yaxın mərhələdədir və Tehrandakı ayətullah rejiminin mövqeləri ciddi şəkildə zəifləyib.
Bu fonda aparıcı ABŞ mediasında İranın vurulacağına dair demək olar ki, şübhə qalmayıb. Məsələ artıq "olacaqmı?" deyil, "zərbələr nə dərəcədə genişmiqyaslı olacaq?" sualıdır”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar