Ru
15:58 / 11 Mart 2026

İranda casus ovu başladı – 30 nəfər həbs olundu

İranda casus ovu başladı – 30 nəfər həbs olundu
Eye

İran ABŞ və İsrail xeyrinə casusluqda şübhəli bilinən 30 nəfərin saxlanıldığını açıqlayıb. Bu barədə ölkənin İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bakupost.az Güney Azərbaycan “Telegram” kanallaırna istinadən xəbər verir ki, Nazirliyin bəyanatına görə, saxlanılan şəxslər arasında ehtimal olunan casuslar, daxili agentlər və media ilə əlaqəli şəxslər də var.

Rəsmi açıqlamada qeyd olunub: “Son bir neçə gün ərzində amerika-sionist düşməninin 30 casusu, muzdlu əməkdaşı və operativ elementi müəyyən edilərək saxlanılıb.”

İran hakimiyyəti hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb. Saxlanılan şəxslərin kimliyi və onlara qarşı irəli sürülən konkret ittihamlar barədə hələlik rəsmi məlumat verilməyib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar