Ru
16:57 / 13 Yanvar 2026

İranda etirazçılara dəstək verən iş adamı həbs edildi

İranda etirazçılara dəstək verən iş adamı həbs edildi
Eye

İranda keçirilən etiraz aksiyalarına dəstək verdiyi üçün Qum şəhərində yaşayan məşhur iş adamı Məhəmməd Saediniya saxlanılıb.


Bakupost.az xəbər verir ki, bu barədə Qum əyalətinin prokurorluğu məlumat yayıb.

Məlumata görə, iş adamı bir neçə gün əvvəl etirazçılara dəstək paylaşımı etdiyinə görə həbs edilib.

Qeyd edək ki, Məhəmməd Saediniya İranın müxtəlif bölgələrində olan çoxsaylı kafe və şirniyyat evləri şəbəkəsinin sahibidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar