Ru
12:06 / 18 Noyabr 2021

İrandan Bakıya yardım gətirənlərin hamısı erməni casusları idi - Rza Diqqətidən sensasiyalı açıqlamalar

27844
Şuşada erməni snayper məni papağımdan vurdu...

Dünyanın ən məşhur fotojurnalistlərindən sayılan həmvətənimiz Rza Diqqəti 1952-ci ildə Təbrizdə, azərbaycanlı ailəsində doğulub. “Nathional Gegraphic”, “GEO” və digər dünyaca məşhur jurnalların fotoqrafı olan Rza bəy daha çox dünyanın qaynar nöqtələrindən, müharibə bölgələrindən fotoreportajlar hazırlayır.

Rza Diqqətinin Bakupost.az -a verdiyi eksklüziv müsahibənin davamını təqdim edirik: (Əvvəli burada)


- 40 ildən çoxdur ki, Təbrizdən ayrılmısınız. Amma orda yaşayan azərbaycanlıların da mənəvi cəhətdən vəziyyətləri faciəlidir. Elə son vaxtlarda bir neçə dəfə mitinqlər keçirildi, neçə-neçə gənc azərbaycanlı aktivistlər həbs olundu, ölüm hökmü oxundu. Bütün bunları kənardan seyr etmək sizə necə təsir edir?

- 1981-ci ildə İranda vuruldum, tutuldum və məcbur oldum İrandan qaçmağa. İndiyə kimi də qayıtmamışam. Çünki İrana gedə bilmərəm...

Amma İranın ziyalı insanları, jurnalistləri, şairləri, incəsənət adamları mənə yazırlar, yəni onlarla əlaqəm çoxdur. Azərbaycan, Əfqanıstan, Livan, Afrika... harada çalışmışam, orayla əlaqəm genişdir. 40 ildir ki, fotoaparatımla bütün dünyanı gəzirəm. Çox işim isə müharibələrin olduğu Əfqanıstan, Suriya, Livan, İraq kimi ölkələrdə olub. Hətta Birinci Qarabağ müharibəsində İran mollalarının izini tapırdım. Birinci Qarabağ müharibəsində İrandan mollaların adamları gəlirdilər ki, guya, Azərbaycana yardım edəcəklər. Onlar bilmirdilər ki, mən kiməm. O zaman farslarla eyni oteldə qalırdım. Amma bunlara qulaq asanda görürdüm ki, bunların hamısı casusdur. Gəliblər ki, burada kəşfiyyat aparsınlar və ermənilərə məlumat ötürsünlər. Birinci Qarabağ müharibəsində ermənilər Azərbaycan torpaqlarını işğal etdilər. Daha sonra həmin vaxt Ermənistanın Fransadakı səfiri Vigen bir gün özü mənə dedi ki, Birinci Qarabağ müharibəsində nəqliyyat naziri idim, o vaxt əgər İran hökuməti bizə neft, qaz, benzin, ərzaq verməsəydi, Qarabağı ala bilməzdik: “İranlıların yardımı ilə biz Qarabağı aldıq”. Sual etdim ki, başqa necə iranlılar yardım edirdi sizə? Vigen bildirdi ki, İranın Azərbaycanda çoxlu adamları vardı və onlar bizə bütün məlumatları ötürürdülər. Yəni bunu Ermənistanın Parisdəki səfiri mənə deyib. İkinci Qarabağ müharibəsində də yenə hamımız sosial mediada gördük ki, gündə yüzlərlə TIR silah-sursat, tanklar, İrandan Ermənistana keçirdirdi. Ondan başqa, Təbrizdə, Ərdəbildə azərbaycanlılar Qarabağa görə ermənilərə etiraz olaraq ayağa qalxdılar, elə səhəri gün 750 nəfəri tutdular. Çoxu hələ də həbsxanadadır. Onların evlərini dağıtdılar, işgəncə verdilər. Onu demək istəyirəm ki, Livanda, Suriyada, İraqda, Əfqanıstanda hər yerdə görmüşəm ki, müharibənin kökündə İran mollaları dayanır. Nəticəyə baxanda isə görürük ki, milyonlarla adam ölüb. Bu məmləkətlərdən 20 milyondan çox adam qaçqın düşüb. İranın özündən hələ 5 milyon, Əfqanıstandan 6 milyon, Suriyadan 12 milyon, Qarabağdan 1 milyon insan yurd-yuvasından didərgin olub. Bunların hamısını hesablayanda görürük ki, 20 milyondan çox insanı bu mollalar didərgin saldılar. Bəzən azərbaycanlıları turist kimi aparırlar İrana və onların beyinlərini xarab edirlər, onları casusa çevirirlər. Mən bunları dəqiq bilirəm. Əgər mən olsaydım, İrana turist kimi gedən azərbaycanlılar geri qayıdanda Astarada bir psixoloji xəstəxana yaradardım və bunları bir neçə həftə orada saxlayardım, beyinlərini təmizlədib sonra Azərbaycana buraxardım.


Mollalar İranda hakimiyyətə gələndən sonra vəziyyət daha da pisləşməyə doğru getdi. Düzdür, şah vaxtında da hər şey vardı, amma azadlıq yox idi. İstənilən hökumət öz insanlarına yemək, içmək, iş, geyim nə verirsə versin, amma təhqir elə bütün bunları, qoymaya insan sözünü deyə bilsin, nə vaxtsa o adamlar qalxacaqlar. Bunu tarixdə də görmüşük, şah da o cür oldu. İndi siz necə sərbəst Azərbaycanda yaşayırsınızsa, şah vaxtında da İran o cür idi. 1979-cu ildə inqilab olandan sonra, mollalar hakimiyyəti aldılar əlinə ondan sonra ölkənin çətin günləri başladı. Mən deyirdim ki, ay molla, sizin yeriniz məsciddir, siz nazir ola bilməzsiz. Prezident, nazir üçün peşəkar bir adam olmalıdır. Sonra başladılar idarələrdə işləyən ən yaxşı peşəkar adamlarını ya tutdular, ya öldürdülər, ya da işdən çıxartdılar. Onların yerinə isə saqqalı mollalar qoydular. Təsəvvür edin adam televizorda yaşlı süpürgəçi idi, saqqal saxlayardı və namaz qılardı. Bir müddət keçəndən sonra bu adamı gətirib televizorda foto laboratoriyasının müdiri qoydular. Axı bunun kimyadan, laboratoriyadan başı çıxmır. Artıq laboratoriya əldən getdi və biz daha orada işləyə bilmədik. Eyni işi İranın hər yerində eyni işi davam etdirdilər. Məsələn, görürdülər ki, adam saqqal saxlayır və beş vaxt namazını qılır, onu gətirib rəhbər qoyurdular. Halbuki, o insanların heç həmin vəzifəyə beyni çatmırdı. Bu adam da ətrafında olan digər mollaları yanına gətirirdi. Beləliklə ölkədə korrupsiya başladı. İran indi dünyanın ən korrupsion ölkələrindən biridir. Bu mollalar, ayətullalar ki, 40 il bundan əvvəl eşşək ilə işə gedərdilər. İndi bunların adı "Forbes" jurnalında çıxır. “Forbes” jurnalı Amerikada nəşr olunur. Hər il dünyanın ən zəngin 500 adamlarının siyahısını çıxardır. İndi həmin jurnalda ayətullaların özlərinin və uşaqlarının adı orada vardı. Bunlar bunu haradan gətirdilər? Mən o vaxtdan başladım bunların əleyhinə sözləri deməyə və fotoaparatımla onları ifşa etməyə. Ona görə də onlar qıcıqlanırlar.


- Darıxırsız doğulduğunuz yerlər üçün?

- Açıq desəm yox, darıxmıram. Mən Şərq ölkələrinin hamısında müharibələrdə olmuşam. Hər birinə öz yurdum-yuvam kimi davranmışam. Harada bir can ölsəydi oralı olurdum. Heç bir sərhəd mədəniyyətə, dilə əngəl qoya bilməz. Mənim yaşadığım vaxt indiki Azərbaycan kimi idi, amma indi oranı fotolarda görürəm ki, insanlar çox ağır vəziyyətdədirlər. BMT-nin hesablamalarına görə, İranda 30% adam acınacaqlı vəziyyətdə yaşayır. Nə oldu, necə oldu, mollalar nə qədər pul yedilər ki, 30% millət küçələrdə, qəbiristanlıqda yaşayırlar. Yəni çox pis vəziyyətdədilər.

- Rza bəy, Vətən Müharibəsi başlayanda Azərbaycandaydınız. Nələr hiss edirdiniz müharibənin gedişi ilə bağlı?

- Əmin idim ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Hətta Birinci Qarabağ müharibəsinin sonlarında da bilirdim ki, bu torpaqlar bir zaman azad olacaq. Niyə buna əmin idim? 1990-cı illərdə müharibə bitəndən sonra məcburi köçkünlərə çox yardımlar edirdim. Yardım fondum da var və onunla insanlara bacardığım yardımları edirdim. Azərbaycanda Zəngilanın məcburi köçkünləri üçün məktəb də tikdirmişəm. Bir dəfə Füzulidən olan keçmiş məcburi köçkün mənə danışırdı ki, ermənilər bunları Füzulidən necə çıxardıblar. Ermənilər Füzuliyə daxil olub və əhaliyə deyiblər ki, sizə bir neçə saat vaxt veririk, əşyalarınızı yığın bu yoldan gedin. Hətta bunları tələyə salmaq üçün deyiblər ki, bu yolu açıq qoyacağıq siz də burdan gedin. Hər kəs də evindən əsas olaraq qızıl - zinət əşyaları, dəyərli olan hər şeyi götürüblər. Yəni ermənilər belə plan qurubmuşlar ki, Füzuli əhalisi evlərində nə qədər qiymətli əşyalar varsa götürəcəklər və yolda biz onları saxlayıb soyacağıq. Yola çıxıblar, 2 km-dən sonra ermənilər yolu bağlayıblar. Onların hamısını avtobusdan çıxardıb, soyublar. Üzərlərində nə varsa hamısını talan ediblər. Ermənilər gedib arvadların bədənlərinə toxunurdular ki, yenə bəlkə nəsə taparlar. Hətta bir kişi bərkdən hirslənir ki, mənim qadınıma əl dəymə... Ermənilər isə bir güllə ilə düz alnından vurub öldürüblər. Sonra ermənilər əliyalın insanlara əmr edirlər ki, ayaqqabılarını çıxartsınlar. Onların hamısını soyub, döyüb və ayaqyalın buraxıblar. Həmin Füzuli sakini deyirdi ki, hər şeyimizi əlimizdən aldılar, amma bir şeyi mən özümlə gətirə bildim, onu tapa bilmədilər. Soruşdum ki, axı nə idi o? Dedi ki, evimin açarı idi. Bunu eşidəndə dedim, bir adam ki, hər şeyini itirib, amma hələ də evinin açarı bunun üçün ən dəyərlidirsə, deməli, bu adam torpağını alacaq və aldılar. Heç kim mənim kimi bu bir ildə dərin olaraq Qarabağı görməyibdir. Ola bilər, inşaatçılar bir il orada olsun, çox insanlar ora səfər etsin, amma mənim qədər heç kim Qarabağı görməyib. Özü də mən memaram, tarixi məkanları, binaları, evləri ermənilər yerlə-yeksan ediblər. Ən təsirlisi isə ermənilərin Azərbaycan qəbirlərini alt-üst etməsidi. Bir dənə sağlam qəbir Qarabağda yoxdur. İnsan baş, bədən sümükləri yerlərdə səpilibdir. 40 ildir müharibələrin içindəyəm, bu cür vəhşiliyi heç bir yerdə görməmişdim.


- Şuşada çəkdiyiniz çay fotunuzu yenidən Qarabağ azad olunandan sonra təkrar çəkdiniz...

- Aprel ayında 10-15 gün olardı ki, Şuşada idim. Şəhid Milli Qəhrəman Ramiz Qəmbərov və Şəkidən könüllü əsgər Rasim Yusifov Şuşada məni qoruyurdular. Şuşaya qayalarla getmişdim, çünki Şuşa o vaxt mühasirədə idi, maşınla gedib-gəlmək olmurdu. O yerdən Şuşaya qalxmışam ki, Vətən Müharibəsində Azərbaycan əsgərləri oranı qalxıblar. Mən Şuşaya qalxanda sən demə, snayperlər məni izləyirmiş. Üç dəfə mənə atəş açdılar. Şuşaya qalxanda da atdılar, papağımı deşib keçdi, sonra düz qulağımın yanından vıyıltı ilə, daha sonra mən dağda qaçırdım atdılar ayağımın arasından keçdi. Sağ qalmağım möcüzə oldu. Axırıncı çayı da Şuşada o vaxt içdim. Şuşada Gəncə qapısı adlı bir kafe var idi və bizim əsgərlər orada çay içirdilər. Həmin böyük Şuşa yazısının düz altında yerləşirdi. Həmişə düşünürdüm ki, Allah, görəsən nə vaxtsa mən yenidən orada çay içə bilərəmmi? Elə oldu, Azərbaycanın əsgərləri öz şücaəti, şəhidlərimiz öz qəhrəmanlıqları ilə o torpaqları yenidən qaytardılar. Qismət oldu yenidən mən getdim və o yeri də tapdım və çay da içdim.

- İndi Azərbaycan tarixində yeni səhifə açılıb. Bu səhifədə Rza Deqqati nə yazmağı planlaşdırır?

- Əgər bir millət inkişaf etmək istəyirsə öz tarixini yaxşı bilməlidir. Bir milləti ağac hesab etsək, tarix bu ağacın köküdür, yeni və gələcək günlər isə ağacın budaqları və yarpaqlarıdır. Kök nə qədər möhkəm olsa, ağac da elə möhkəm qalacaq. İndi ilk işim odur ki, bu kökü fotolarım, sözlərimlə həm azərbaycanlıların özlərinə, həm də dünyaya çatdırım. Bilsinlər ki, onların köklərində nələr olubdur. Əgər gənclərimiz hardan gəldiklərini, köklərini bilməslər, külək bunları atar, dağıdar. Mənim işim də bu kökün dərinliklərinə bağlı olan Azərbaycan tarixini təbliğ etmək və gənclərə, dünyaya çatdırmaqdır. Mənim bir işim də Qarabağdadır. Bakıya gəlib görüşlərimi keçirib sonra dərhal Qarabağa qayıdıram.


- Rza bəy, Qarabağda çəkdiyiniz şəkillərdən beynəlxalq sərgi keçirmək planda varmı?

- Bu bir ildə Fransada 8 sərgim olub. Hər biri müxtəlif mövzularda olsalar da içində Qarabağla bağlı çoxlu fotolar olub. Bu layihələri, yəni Qarabağa gedib çəkiliş edirəm, sərgiləyirəm bunların hamısını Azərbaycanda ADA universiteti ilə birgə həyata keçirirəm. Mən çox universitetlər dünyada görmüşəm, ADA dünyanın ən inkişaf etmiş universitetlərindəndir.

- Qarabağla bağlı yeni bir layihəniz varmı?

- Planımızda, 2022-ci ildə “Qarabağ Ruhu Rzanın gözü ilə” adlı bir veb-sayt açmaq var. Birinci layihəmiz bu olacaq, ondan başqa da Qarabağla bağlı bir neçə kitab hazırlayıram ki, biri Mədəniyyət Nazirliyi, digəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə. ADA universiteti və başqa yerlərlə də danışıq gedir ki, kitablar müxtəlif dillərdə də olsun. Bunlar hazır olandan sonra o zaman sərgilər də başlayacaq.



Məlumat üçün deyim ki, 2013-cü ildə iki kitab: "Alovun zərifliyi", “Günahsızların qətliamı” çap etmişəm. Birinci kitab Azərbaycanın gözəlliyini tərənnüm edir və Heydər Əliyev Fondunu dəstəyi ilə nəşr olunub. Həmin vaxt Parisdə böyük sərgi keçirtdim və Mehriban xanım Əliyeva bu sərgimin açılışına gəlmişdi. Eyni zamanda Parisdə iki dəfə, Nyu-York-da BMT-nin illik iclasında bütün ölkələrin nümayəndələri iştirakı ilə orada da sərgim baş tutdu. Yəni Azərbaycan haqqında bu cür sərgilər çox olub. Lakin çox vaxt Fransada sərgim olan zaman Fransada yaşayan ermənilər gəlib dağıdıblar, şəkillərimi parçalayıblar. Hətta bir neçə layihəmin həyata keçməməsi üçün var gücü ilə çalışıblar. Məsələn, onlar biliblər ki, mən sabah sərgi keçirməyə hazırlaşıram, o zaman müxtəlif formada təzyiq, təhdid və yaxud qalereyaya zəng edib sərgimi ləğv elətdirməyə çalışıblar. Onlar cavab veriblər ki, biz Rzanı 40 ildir, tanıyırıq bu sözlərinizin hamısı yanlışdır. Biz sizin sözünüzə inanmırıq və sərgi də keçiriləcək. Düzdür, Fransa dövləti buna qarışmayıb, amma orada yaşayan erməni əsilli fransızlar çox təzyiqlər ediblər. Fransanın çox böyük, məşhur milyarderinin foto kolleksiyaçısı vardı. Həmin vaxt biz 10 minlərlə pul qoyub fotoların sərgilərini etmişdik. Bütün kolleksiyamdan bir fotonu seçmişdi. Daha sonra danışdıq, müqavilə bağladıq. Sonra sentyabrda Azərbaycanda Vətən Müharibəsi başladı və mən Azərbaycana gəldim. İşçilərə dedim ki, mən Azərbaycana gedirəm, siz özünüz görüşün. Sonra bu məşhur milyarder foto kolleksiyaçı gəlib soruşub ki, Rza hardadır, işçilərim də bildiriblər ki, Azərbaycanda Qarabağa gedib. Bu Azərbaycan eşidəndən sonra zəng edib ki, mən bilməzdim Rza azərbaycanlılara yardım edir. Sən demə, bu adamın bütün işçiləri ermənilər imiş. Ondan sonra müqavilə, hər şey ləğv olundu, çox ziyan olsa da, biz işimizi davam etdirdik və etdirəcəyik. Hətta Vətən Müharibəsi vaxtında Fransada bir neçə layihələrimi ləğv etmişdim ki, Azərbaycana gələ bilim. Bunu ürəyim istəyirdi, ona görə heç bir maliyyə, xərc gözümə görsənmirdi.

- Rza bəy, həyat yoldaşınız yazıçıdı, oğlunuz rejissor, ssenarist. Onların Azərbaycana münasibəti necədi?

- 16 il bundan əvvəl Parisdə Eyfel qülləsinin yanında ilk dəfə azərbaycanlıların bir toplantısı oldu. O vaxt oğlum Del Azad ilk dəfə Azərbaycan bayrağı əlində və Azərbaycanın milli geyimində təbliğ edib. Uşaqlıqdan tez-tez Azərbaycana gəliblər. Fransada azərbaycanlı bir qrupdan ibarət Xəzər Araşdırma Mərkəzi var, oğlum daim onlarla birlikdə Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırır. Bir sözlə, Azərbaycanı təbliğ edirlər. Hətta Qarabağa da səfər etmək istəyirlər, lakin indi bir qədər vaxtları olmadı. Amma 2022-ci ildə Novruz bayramında ailəvi Qarabağa getməyi planlaşdırırıq.

Ümumiyyətlə, seçdiyim yolda mənə ilk mənəvi dəstəyi həmişə ailəm verib. Artıq qəbul ediblər ki, bu mənim işimdir.


- Başqa kimlərdən dəstək alırsız?

- Ondan başqa küçələrdə gəzəndə azərbaycanlılar ki, mənə böyük sevgilərini göstərirlər bax o da böyük mənəvi dəstəkdir. Çünki insan özü ya müdirini çox istəyər ki, işi yaxşı getsin, ya da başqa bir şey. Amma bu insanların məndən heç bir asılılıqları yoxdur. Ona görə insanlar o xoş sözlərini ürəkdən deyirlər. Doğurdan da insanların gözlərinə baxanda sırf təmiz sevgilərini bildirirlər. Ondan başqa görəndə ki, mənim bu əsərlərim dünyada yaşayan insanların həyatında iz qoyur, bu da mənə çox böyük mənəvi dəstəkdir. Bu bir ildə Fransada 8 sərgi keçirdim, televiziyalara müsahibələr verdim. İndi görürəm ki, bundan əvvəl ermənilər çox azğın şəkildə sərgilərimə gəlib qışqırardılar, dağıdardılar, amma indi belə şey azalıb. Deməli, mən bilirəm ki, fotolarım artıq onlara hər şeyi sübut edib. Ermənilər gedib deyirdilər ki, Xocalı olmayıb, Rza yalan deyir və sairə. Onlar da cavab verirdilər ki, necə olur bu adam 40 ildir yüzdə doxsan doqquz mövzunu bizə düz deyibdir, necə oldu bu bir dənəyə siz deyirsiz ki yalandır? Onların da faktları yoxdur axı, gəlib desinlər ki, Xocalı fotosu yanlışdır. Ona görə bu qədər ki, fakt bizim əlimizdə var, onlar görürlər ki, bu faktları mən çıxaranda artıq heç nə deyə bilməyəcəklər. Vətən Müharibəsindən sonra gedib Qarabağı çəkirik ki, bu faktlarla ermənilərin bütün yalanlarını ifşa edə bilirik.


- Qarabağda evinizin olmasını istərdiz?

- İstəyirəm evim də olsun, məktəbim də. Qarabağla bağlı iki planım var: istəyirəm, Cıdır düzündə Qarabağ atlarını toplayıb onları öz fotolarımda dünyaya çatdırmaq istərdim. Dünyada elə insanlar var ki, onlar atları çox sevirlər. Bunları siyasətçilər, politoloqlar, məşhur dizaynerlər çox sevirlər. Ona görə biz Qarabağ atları ilə Qarabağın eşqini onların ürəyinə qoya bilərik. Həmçinin bu tədbirə dünyanın hər yerindən insanlar dəvət oluna bilər. Azərbaycanda foto məktəbi mütləq lazımdır. Mənim fikrim var ki, Azərbaycanda öz adıma foto məktəbi yaradım. Dünyanın müxtəlif yerlərində saysız-hesabsız şagirdlərim olub. Əgər öz adıma olsa, nəyinki azərbaycanlılar, eyni zamanda dünyanın bir çox yerlərindən bura təhsil almağa gələcəklər. Həmin məktəbə gələn xarici tələbələr mənim dediyimi öyrənəcəklər. Planım odur ki, bu məktəb əgər Qarabağda olsa həmin xarici tələbələr Qarabağa gələcəklər. Belə olanda da onlar Qarabağın fotolarını çəkib dünyaya yayacaqlar. Beləliklə Qarabağı bütün dünyaya tanıtmış olarlar. Şuşa mədəniyyət paytaxtı elan olunduğu üçün belə bir məktəbin də Şuşada olması daha məqsədəuyğundur. Bu gün dünyada beynəlxalq incəsənətin ən üst səviyyəsi fotodur. Dünyanın ən məşhur insanlarını özünə çəkən fotodur. Ona görə Şuşada foto məktəbin açılmasını düşünürəm. Dünyanın gözü Qarabağda olacaq.


- Rza Deqqatinin ən böyük arzusu nədir?

- Dünyada sülhün olması. Dünyada elə dəhşətli müharibələr görmüşım ki, onların çoxu fotolarımda əks olunub. Ona görə ən böyük arzum dünyada sülhün olmasıdır. Dünyada bütün müharibələr ya torpaq işğal etmək, ya pul, mal-mülk üstündə və müxtəlif səbəblərdən olub. Lakin yeganə Vətən Müharibəsi idi ki, mən bu müharibəni dəstəkləyirdim. Hamı mənə deyirdi ki, 40 ildir sən müharibələrin əleyhinəsən, humanist insansan, hamını sülhə çağırırsan, bəs necə olur ki, Azərbaycanda olan bu müharibəni dəstəkləyirsən. Mən onlara belə cavab verdim ki, bu, müqəddəs müharibə idi, çünki Azərbaycan öz torpaqlarını, öz haqqını düşməndən geri almaq üçün mübarizə apardı. Hamıya deyirdim ki, bu, müharibə deyildi, bu, qayıdış idi.

- Müsahibəyə görə çox təşəkkür edirik Rza bəy.

- Çox əla oldu. Mən də Bakupost kollektivinə böyük uğurlar arzulayıram.



Fəridə Söhrabqızı
Baku Post
Şərhlər
  • t.ədalət

    İrandan gələn yardımçıların casusluğuna ehtiyac yoxdur.Azərbaycanda kifayət qədər arvadı,anası və digər qohunları erməni olan nazirlər,məmurlar və digər səlahiyyətli şəxslər var.Onlar hər-hanbsı bir məlumatı ermənistana ötürürlər.erməni murdar millətdir.Onların doğduğu uşaqlardan da donuz qoxusu gəlir.Anti-türk və anti-müsəlman tərbiyəsi alan bulaşıqqanlılar,hələlik ölkəmizin \ən böyük ehtiram göstərdiyi kadrlardır.Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də onlardan biridir.Dayılarına sədaqət hissi ilə Azərbaycanda əlil və köməksiz insanların başında turp əkir.Onun daha çox erməni olduğunu hakimiyyət də yaxşı bilir.MNüharibə,çoxsaylı şəhidlər Sahil Babayevin mövqeyini laxlatmadı.Allah bizi ermənilərdən və erməni sevdalılarından qorusun!

  • dr.Amirov

    Hörmətli redaksiya, maraqlı və informasiyalı müsahibəyə görə təşəkkürümüzü bildiririk! Bəli, Rza bəy VƏTƏNpərvər və nüfuzlu YURDDAŞımızdır. Lakin bu onun bütün söylədiklərinin həqiqət olub-olmadığına dəlalət etmir. 1)Yaxın Şərqdə əksər müharibələrdə olduğunu və gördüklərini BİZim faciələrlə eyniləşdirir: baş vermə səbəbləri, sosial-ictimai-siyasi etioloji-patogenezləri, tədbiq edilən murdarlıq-vəhşiliklərin növ-miqyasları və s. əlbət ki, BİZLƏRin urcah olduğu faciələrdən tam fərqlidir—idealistləri zor balayanın faşist-murdar kitablarını, bəşəri dəyərlər və XALQIMIZa qarşı terrorbaşılıq edən əski prezidentləri serj sarksyanın müsahibələrini cənab Rza bəy oxusun və bilsin-görsün... 2)Onun cəbhənin Fizuli hissəsi haqda söylədikləri reallıqdan tam kənar və düşmən toplumun murdar vəhşiliklərinin yanıltmacıdır və məhlim etdiyi kimi şəxsi-utopik peyzyajıdır... 3)ÖLKƏMİZ Gənclər Təşkilatları nümayəndələrilə cənab Rza bəyin hörmətli vide-formatda yekəxana (tez-tez zəng gəldi deyib də orbitdən itməyi və s) də xatirimizdədir. Əlbət ki, dərin hörmətlə.

  • Bəhram

    Çox təəssüf ki, necə deyərlər, biz öz vətəndaşlarımızın hüquqlarını müdafiə-tələb etməkdən, illərlə qanunlarımızı da palçıq basıb keçən formal qurumlara inanır, itaət edirik? HAQLI və GÜCLÜYƏM demirik, sərhədlərimizi niyə büsbütün BAĞLAMIRIDIQ və indi də hansı səylik və ya satqınlıqdan bağlamırıq? Dünyada ("Kapital"da yazılmış) quduz millətçi ermənidən qeyri digər normal Rusiyalı, Fransız, Amerikan, İranlı tapa bilməzsiniz ki, 1987-1994 cü illərin hərbi soyqırım vəhşiliyindən xəbəri olan bircə kəs erməniyə tərəf danışsın? ABŞ senatı, Fransa parlamenti, Kreml və ya İranda tarixin ən VƏHŞİ MİLİS və HƏRBİ zorları ilə azərbaycanlı vətəndaşları öz evlərindən qovmuş ermənilərin satın aldığı tulalardır ki, hürürlər? Səbəbi BİZİM bu cinayətləri MÜHAKİMƏ ETMƏMƏYİMİZ və Beynəlxalq Məhkəmələrlə təsdiq etməməyimizdir?

  • Rəhim

    Çox sağ olun, Rza bəy! Sizin Xalqımızın, Millətimizin qarşısında xidmətlərinizi unutmayacağıq, Əsil Vətənpərvər Azərbaycanlısınız...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər