Ru
19:16 / 27 Fevral 2020

Keçmiş səfir koronavirusdan öldü

1622
İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi koronavirusdan ölüb.

BakuPost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "İran İnternational" telekanalı yayıb.


Məlumata görə, sabiq diplomat sözügedən virusun daha geniş yayıldığı Qum şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi, vitse-prezident Məsumə Ebtekar, millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxublar.

İranda koronavirusa yoluxanların sayı 245 nəfərdir. 26 nəfər isə dünyasını dəyişib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər