Ru
16:37 / 30 Noyabr 2020

İraq Parlamentinin Baş katibi Prezidentə məktub yazdı

İraq Parlamentinin Baş katibi Prezidentə məktub yazdı
Eye

İraq Parlamentinin Baş katibi Servan A.İsmail Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.

"BakuPost"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını Ermənistanla atəşkəs razılaşmasının imzalanması və ərazi bütövlüyünüzün bərpası münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi atəşkəs razılaşması bölgədə ədalətin bərqərar olmasında mühüm mərhələdir.

Mən və çoxmilyonlu xalqımız Sizin rəhbərliyinizlə bu atəşkəs razılaşmasının reallaşmasında böyük rolu olan digər liderlərlə əməkdaşlığınızdan qürur duyuruq.

İnanıram ki, bu razılaşma hər iki ölkənin və bölgədəki bütün xalqların maraqlarını təmin edəcəkdir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar