Ru
20:51 / 02 Dekabr 2016

İrəvan məktəblərində Sarkisyan əleyhinə şüarlar

İrəvan məktəblərində Sarkisyan əleyhinə şüarlar
Eye

Bir gün əvvəl Yerevan məktəblərindən birində qalmaqal olub. Belə ki, məktəb direktoru şagirdlərdən yayda Yerevanda polisin binasını tutan "Sasna srer” silahlı qruplaşmasının iştirakçılarını qəhrəman kimi qələmə verməməyi tələb edib.



Məktəb direktoru həmçinin tələb edib ki, bu qrupun iştirakçılarını terrorçu adlandırsınlar. Amma məlum olub ki, ertəsi gün səhər tezdən elə həmin məktəbdəki bütün siniflərin yazı lövhələrində bu şüar yazılıb: "Serjikə Ölüm!".


Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın yazdığına görə, bu onu göstəririr ki, erməni cəmiyyəti artıq ölkə hakimiyyətinin təbliğatına inanmır və üsyançı qruplaşmanın üzvlərini müdafiə edir. Erməni gənclərinin gözlərində isə onlar ümumiyyətlə qəhrəman olublar.

 

Bakı Post

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar