Ru
18:17 / 12 May 2022

İsa Qəmbərlə bağlı nazirlikdən açıqlama - 180 manat pensiya necə hesablanıb?

14327
Xəbər verdiyimiz kimi, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərə təyin olunan pensiyanın məbləği sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Bakupost.az -a açıqlama verilib.

“İsa Yunis oğlu Qəmbərə yaşa görə pensiya deyil, yaşa görə müavinətin təyin edilməsi ilə bağlı mediada dərc olunmuş məlumatla əlaqədar bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya yaşına çatmış şəxs 2 halda yaşa görə pensiya hüququna malik olur: fərdi hesabındakı pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, həmin qədər pensiya kapitalı mövcud olmadıqda isə azı 25 il sığorta stajı olduqda.

İ.Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib.

Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub”, - açıqlamada deyilir.
Şərhlər
  • Rufet

    Bəs bu Milli məclisdə deputat olub ?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər