Ru
18:13 / 19 Avqust 2026

İşdən çıxarılan Mustafa Abbasbəyli yeni vəzifəyə getdi

İşdən çıxarılan Mustafa Abbasbəyli yeni vəzifəyə getdi
Eye

Mustafa Abbasbəyli mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.


"Bakupost" Primeinfo.az-a istinadla xəbər verir ki, o, buna qədər (2024-cü ilin mayından) Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edirdi.
Mustafa Abbasbəyli 2019-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O, Dövlət Məşğulluq Agentliyində (DMA) fəaliyyət göstərdiyi dövrdə qurumda genişmiqyaslı islahatların həyata keçirilməsində mühüm rol oynayıb. Onun rəhbərliyi ilə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşlara göstərilən xidmətlərin operativ təşkili istiqamətində əhəmiyyətli yeniliklər tətbiq edilib. Mustafa Abbasbəylinin rəhbərliyi dövründə qurum ölkənin ən etibarlı və nüfuzlu dövlət təsisatlarından birinə çevrilib. Onun rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar nəticəsində korrupsiya və qeyri-şəffaf mexanizmlər aradan qaldırılıb, xidmətlər tamamilə şəffaf və vətəndaşyönümlü prinsiplər əsasında qurulub.

Rəqəmsal həllər və müasir idarəetmə modeli sayəsində Agentlik dövlət xidmətləri sahəsində uğurlu brendə çevrilib və cəmiyyətin etimadını qazanıb. Bu islahatlar Agentliyin fəaliyyətinin daha səmərəli və vətəndaşyönümlü qurulmasına mühüm töhfə verib.

Mustafa Abbasbəyli həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar