Ru
13:11 / 22 Fevral 2020

İsmayıl Vəliyevin eşşək ferması, zavodları, torpaqları... – VİDEO+FOTO

10780
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qanunsuz əməlləri barədə hər gün yeni faktlar ortaya çıxır.

"BakuPost" onun öz səlahiyyətlərindən istifadə edərək əldə etdiyi biznes sahələrini, obyektlərini araşdırıb. Məlum olub ki, sabiq başçının iş maraqları çoxşaxəli olub. Onun Neftçala rayonunda və ölkə xaricində sahib olduğu biznes obyektləri arasında uşaq baxçasından tutmuş, eşşək fermasına qədər hər şey var.

Siyahını təqdim edirik:

1. Rayon mərkəzindəki “Yurdum” (Avtoturist) restoranı, hotel. Rayonda hər kəs bilir ki, bu, böyük obyekt İsmayıl Vəliyevə məxsusdur. Rayonda yeganə bar tipli əyləncə mərkəzi bu kompleksin tərkibində fəaliyyət göstərir.



2. Rayon mərkəzində yeni tikdirdiyi böyük əraziyə malik bazar. Bu bazarın tikilməsi rayon cammatı ilə başçı arasında böyük narazılığa səbəb olub. Başçı bütün vasitələrdən istifadə edərək, köhnə bazarı bağlatdırmaq, onları özünün yeni bazarına aparmaq istəsə də, bu, baş tutmayıb.



3. Sovet dövründən qalan böyük əraziyə malik tədarük məntəqəsi də İsmayıl Vəliyev tərəfindən mənimsənilib.



4. Rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib. Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir.



5. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da icra başçısı özəlləşdirib.



6. Bundan əlavə icra başçısı rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təssərüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib.



7. İsmayıl Vəliyev səlahiyyətlərindən istifadə edərək, rayon sakinlərinin əsas məşğuliyyət sahələrinə də “əl qoyub”. Müəyyən sahələrdə balıq tutmaq yalnız ona məxsus olub. Bundan əlavə balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqlar alaraq, onları icarəyə verib.



8. İsmayıl Vəliyevin biznes ideyaları tükənməz olub. O, hansı sahədən pul əldə etmək mümkünsə, onu edib. Məsələn Azərbaycanda eşşək südünün bahalaşması xəbərini eşidən kimi rayon ərazisində eşşək ferması yaradıb. Bu fermada 200-dən çox eşşək saxlanıldığı deyilir.


9. İcra başçısının həm də keçi ferması var. Kəndlərdən birində hektarlarla ərazi götürüb orada keçi saxlatdırırmış.



Bu qeyd olunanlar təkcə rayon ərazisində olanlardı və hamının bildiyi böyük biznesin bir hissəsidir. İsmayıl Vəliyevin başqa rayonlarda və ölkə xaricində də böyük biznes sahələrinin olduğu bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər