İsrail ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Qəzzada atəşkəs təklifini qəbul edib.
Bakupost.az "İnterfaks"a istinadən xəvər verir ki, bu barədə bazar ertəsi İsrail xarici işlər naziri Gideon Saar Budapeştdə macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
"KAN" telekanalının məlumatına görə, İsrail HƏMAS-a son dəfə xəbərdarlıq edib. Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın girovların azad edilməsi və təslim olma tələblərini qəbul etmədiyi təqdirdə, İsrail Qəzza zolağını tamamilə məhv edəcək.
HƏMAS isə ABŞ-nin son atəşkəs təklifini nəzərdən keçirdiyini bəyan edib.
Aysel,
BakuPost