Ru
16:50 / 14 İyul 2026

İsrail Əhmədinejadla gizli görüşü: Mossad məqsədinə çata bildimi?

İsrail Əhmədinejadla gizli görüşü: Mossad məqsədinə çata bildimi?
Eye

İsrail kəşfiyyatının İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla gizli görüşlər keçirdiyi, ona pul ödədiyi və onu yenidən hakimiyyətə gətirməyə çalışdığı iddia olunur.

“Bakupost” xəbər verir ki, bu barədə “The New York Times”a ABŞ və İran rəsmiləri məlumat verib.
Nəşrin yayımladığı məqalədə, İsrailin xarici kəşfiyyat xidməti olan Mossadın Əhmədinejadı “kəşfiyyat agenti”ə çevirməyi planlaşdırdığı iddia olunur.

Bildirilir ki, 2024-cü ilin əvvəlində Macarıstanın yüksəkvəzifəli hökumət rəsmisi paytaxt Budapeştdəki Lüdovika Universitetinin rektorundan iqlim dəyişikliyinə həsr olunmuş konfrans keçirməyi və Əhmədinejadı tədbirə dəvət etməyi xahiş edib. İddiaya görə, həmin konfrans Əhmədinejadla İsrail kəşfiyyatçıları arasında gizli görüşlərin keçirilməsi üçün pərdə rolunu oynayıb.

İsrail onu gələcəkdə İranın yeni lideri kimi hakimiyyətə gətirməyi planlaşdırıb. Əhmədinejad bu məqsədlə 2024-2025-ci illərdə Macarıstana ardıcıl səfərlər edib.

O da vurğulanır ki, Mossadın keçmiş direktoru David Barnea 2024-cü ildə Əhmədinejadla şəxsən görüşmək üçün Budapeştə gedib.

ABŞ rəsmiləri bildiriblər ki, İsrail son illərdə Əhmədinejadın yaşayış və səfər xərclərini gizli şəkildə ödəyib.

İsrailin planı fevralın sonunda Tehranda ciddi nəzarət altında yaşayan Əhmədinejadın başqa yerə köçürülməsi əməliyyatı ilə yekunlaşıb. İddiaya görə, məqsəd İranda mövcud rejimi devirmək və Əhmədinejadı hakimiyyətə gətirmək olub. Lakin plan uğursuzluqla nəticələnib.

Məlumata görə, fevralın 28-də İsrail Əhmədinejadın olduğu ərazini, mühafizəçilərinin yerləşdiyi binanı və zirehli avtomobili hədəfə alıb. Hücumdan sonra hadisə yerinə gələn qara rəngli “Peugeot” markalı avtomobil Əhmədinejadı götürərək ərazidən uzaqlaşıb. Məqalədə avtomobilin Mossad agentləri tərəfindən idarə olunduğu və Əhmədinejadın İranda yerləşən gizli təhlükəsiz sığınacağa aparıldığı iddia edilir.

Məqalədə Əhmədinejadın hazırkı statusunun qeyri-müəyyən olduğu, İran hakimiyyətinin onun İsraillə əlaqələrinin böyük hissəsindən xəbər tutduğu və hazırda ev dustaqlığında saxlanıldığı iddia edilir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar