Ru
09:58 / 17 Noyabr 2025

"İsrailli nazirin bu açıqlaması Azərbaycanın maraqlarına da toxunur"

"İsrailli nazirin bu açıqlaması Azərbaycanın maraqlarına da toxunur"
Eye

"İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli deyib ki, Türkiyə bu gün İsrail dövləti üçün ən ciddi təhlükədir. O bununla kifayətlənməyərək “Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik” ifadəsini işlədib".

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyənin Avrasiya, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada rolu artmaqdadır:

"İsrailli nazirin sözlərindən isə belə çıxır ki, Tel-Əviv Türkiyənin adı çəkilən bölgələrdə fəallığına maneələr yaratmalıdır. Bu isə Türkiyə ilə yanaşı Azərbaycanın da milli və təhlükəsizlik maraqlarına ziddir. Təəssüf ki, Tel-Əviv Türkiyənin Azərbaycanın strateji müttəfiqi olmasını gözdən qaçırır. İsrail rəsmiləri anlamalıdırlar ki, Türkiyə əleyhinə ağır ifadələr işlətdikcə bu Azərbaycan-İsrail münasibətlərinə də mənfi təsir etməyə başlayacaq. Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasını istəyir. Ancaq İsrail və Türkiyə rəsmilərinin bir-birlərinin ünvanlarına qarşılıqlı sərt açıqlamaları indiki şərtlər altında münasibətlərin normallaşmasına imkan vermir".

Lalə, BakuPost

Şərhlər
  • Dəxi

    İsrail, tək Fələstini işğal etmiş bir dövlət deyil ki? O, ABŞın siyasi-hərbi aləti kimi hər tərəfli Hərbi Dəstəyi ilə öz yaxın ətrafı dövlətləri çox illərdir hərbi əsarətdə qüdrətli dövlətdir. Elə həmin şərti *Qərb*-*Şərq* siyasi-iqtisadi rəqabəti 1991ci ildə Kremlin mafiyasının könüllü təslimi ilə bitmədimi? Təbii ki, sadəcə sülhsevər beynəlxalq münasibətlər iddiasında olan Türkiyə heç də Hərbi Alyansı da olmuş əski Sosialist Birliyi kimi heç bir gücə rəqib deyil və olmaq istəmir?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar