Ru
11:36 / 16 İyun 2026

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Eye

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.

Bakupost.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavabında Medianın İnkişafı Agentliyindən bildirilib.

Qeyd edilib ki, hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsi ilə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydasına dair məsələlər tənzimlənir. “Media haqqında” Qanuna dəyişiklik layihəsinin 2.18.1.2-ci maddəsinə əsasən isə 70.1-ci maddədən “onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası” sözlərinin çıxarılması təklif olunur: “Bu isə o deməkdir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ödənişsiz əsaslarla həyata keçiriləcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar