Ru
19:26 / 07 Oktyabr 2025

Kadırovun oğlu öz adına idman kompleksi açdı

Kadırovun oğlu öz adına idman kompleksi açdı
Eye

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov öz adını daşıyan idman kompleksi açıb.

Bakupost.az xəbər verir ki, kompleksin açılış mərasiminə dair video Nadtereçnı rayonu administrasiyasının rəhbəri Xamzat Xasanovun Telegram kanalında yayımlanıb.

Kadrlarda idman kompleksinin yeni zalları əks olunub.

Xasanov deyib ki, idman kompleksi ən müasir avadanlıqlarla təchiz olunub:
“Planlaşdırılır ki, bu kompleks təkcə yeni nəsil çempionların hazırlanması üçün mərkəz deyil, həm də rayonun bütün gəncləri üçün fiziki inkişaf və asudə vaxtın keçirilməsi üçün əsas məkan olacaq”,- deyə o, əlavə edib.

İdman kompleksi “Dustum” adını daşıyır. Bu söz Adam Kadırovun çağırış işarəsidir. Ramzan Kadırovun sözlərinə görə, gəncliyində ona da bu çağırış adı verilib. “Dustum” tərcümədə “dostlar” mənasını verir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar