Ru
13:32 / 04 Oktyabr 2025

Cabirin vəhhabi olması iddiasına atasından REAKSİYA

Cabirin vəhhabi olması iddiasına atasından REAKSİYA
Eye

Əməkdar artist Cabir İmamovun atası, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov oğlunun vəhhabi olması barədə iddialara reaksiya göstərib.

Bakupost.az xəbər verir ki, Qorxmaz İmanov Teleqraf-a açıqlamasında bu məsələ haqqında danışmaq istəmədiyini bildirib.

"Mən matəm içindəyəm. Bu suallara cavab vermək istəmirəm. Bütün jurnalistərdən bizi narahat etməməyi xahiş edirəm", - o bildirib.

"Planet Parni iz Baku" KVN Teatrının aktyoru, Cabir İmanovun yaxın dostu Ələkbər Əliyevin isə deyilənlərə cavabı belə olub: "Öz işləri ilə məşğul olsunlar".

Qeyd edək ki, Cabir İmanov bir neçə gün öncə Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib.



Şərhlər
  • Məmmədova Məhluqə

    Tutaq ki vəhabi olub.Rəhmətə gedəndən sonra nə mənası var ki.Adam oğul itirib sizin verdiyiniz suallara baxın.Eyni zamanda xalqın adından danışmayın.Nə bilirsiz xalqın halallıq vermədiyini? Allahın bağışlamağını isə yalnız Allah bilər.Siz kimsiz ki Allahın işinə qarışırsız?Guya siz ölənin dalınca danışmaqla və qeybət etməklə yaxşı iş görürsüz.Hələ bilmək olmaz ki sizə məsciddə yuyulub kəfənlənmək qismət olacaq ya yox.

  • Ülviyyə

    Vəhhabi elədə qorxulu dini təriqət deyil. Mən soruşdum; onlar yalnız Qur'an-da yazılanlara əməl edirlər.

  • Əliyev Emin

    Yaltaq Murad kişi ol

  • ceferov

    Allah bele deyib ki bir insanı dinine gore yox insanligina gore qiymet verin siz kimsiz ala?

  • Admin

    Kimin ne olduğu ancaq qiyamətdə bəlli olacaq onsuzda danışmağın bir menası yoxdu

  • Faiq məmmədov

    Farsın uydurduğu dinə itaət edən müşriklər müsəlmanlara İranın göstərişi ilə vəhabi yaxud digər adlar düzüb qosurlar. Quranda əmr olunduğu kimi tək Allaha ibadət etmək vəhabi olmaq deyil.

  • Vəliyeva Rəna

    Buraxın camaat ölüsünün dərdini çəksin. Ölüdə rahat uyusun. Sizə nə var. Hər kəs Allah qarşısında əməllərinə görə cavab verəcək

  • Banu Hadrut

    Nə tərbiyəsiz alçaq insanlarsınız deyirəm.Adamlar yas içindədir,siz şərəfsiz əqidəsi bəlli olmayan zındıqlar "vəhabi" axtarışındasınız...Ölün yerə girin!Hər nə inanca sahib olmağı heç nəyi dəyişmir.Özü bilər,Allahı bilər.Siz düşüncəsiz qanmazlar baxın hansı yolun yolçususunuz

  • Sultanov asif

    Ümumən şəriətdə qayda var ki ölünün dalınca danışmaq olmaz artıq o ölüb əməl dəftəri bağlanıb və bütün əməlləri nə görə cavab verəcək Allah rəhmət eləsin Allah günahlarını bağışlasın

  • Sultanov asif

    Burada nə var ki var əhli sünnə var əhli şiyə insan əhli sünnə olub onun üçün əhli sünnə imam ona cənazə namazı qılıb vəssalam

  • Mehdiyev Daglarxan

    Azerbaycanda uje haqsızlıq baş alıb gedir

  • Namiq M.

    Nənyaxşı ki dinini, şərəfini, namusunu iran mollalarına satan şiə olmayıb.

  • Ceyhun Yaqublu

    Atasi ya da dostu cabirin vahabi oldugunu niye tesdiq elemir ki?

  • Sekine

    Nə gözəl cavab verib????

  • Həmid Quliyev

    Bütün xalq ona qarşl kinli danışır Bütün xalq danışırsa deməli həqiqətdi İndi isə bəlli olur ki İSLAM DİNİNƏ radikal düşmən olan vahhabi cərəyanı adlı bir məzhəbdən imiş Əbu bəkr adlı məsciddə yuyulması bunu təsdiq edir Niyə acıq gəlməlidi Bütün xalq gördü və halallıq vermədi HAQQUNNAS deyilən bir həqiqət var Onu xalq bagışlamasa ALLAH bagışlamaz Kim zülm edibsə mütləq əcrin alacaqdır

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar