"Bu yaxınlarda oğlum Hüseynlə xoşuma gəlməyən hadisə yaşandı. Elvin Babazadənin (müğənni -red.) ad günündə o oxuyurdu, mən də rəqs edirdim. Elvin məni fırlatdı, bütün sosial şəbəkələrdə paylaşıldı. O paylaşıma bir şərhlər yazıldı ki... Bu şərhlər övladlarıma pis təsir edir".
Bakupost.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Gün ortası" proqramında deyib.
O bildirib ki, sosial şəbəkədə yayılan videosuna görə oğlu Hüseynlə dalaşıb:
"Oğlumun otağına girəndə bütün şəkillərin, aksesuarların sındığını gördüm. Ona söz verirəm ki, daha rəqs etməyəcəm. Ananız başıaşağı hərəkət etməyib. Zəhmətimlə, əziyyətimlə nələr qazanmışam: yaşadığım ev, sürdüyüm maşın... Bəzən gələn şərhlər isə... Məclisdə oynaya, əylənə bilərik. Onlara yazılan şərhləri görən övladlarımız isə stress yaşayırlar. Oğlumun keçid dövrüdür, psixologiyasında travma yaradır. Bundan sonra məclislərdə rəqs etsəm də, sakit".
Qeyd edək ki, Fatimənin iki övladı var.