Bakıda metro və avtobuslarda NFC ödənişləri zamanı vəsaitin niyə dərhal deyil, müəyyən müddət sonra hesabdan silindiyinin səbəbi məlum olub.
Bakupost.az xəbər verir ki, bununla bağlı "Bakıkart" açıqlama yayıb.
Qurumdan bildirilib ki, NFC ödəniş sistemində əsas məqsəd sərnişinlərin vaxt itirmədən və sürətli şəkildə keçidini təmin etməkdir. Kart validatora yaxınlaşdırılan kimi sistem keçidi bir saniyədən də az müddətdə təsdiqləyir və sərnişin yoluna davam edir. Marqarita pizza
Qeyd olunub ki, hər keçid zamanı bank əməliyyatının tamamlanması gözlənilsəydi, xüsusilə pik saatlarda turniket və validatorların qarşısında növbələr yaranar, bu isə ciddi gecikmələrə səbəb olardı.
Məhz buna görə sistem əvvəlcə gedişi təsdiqləyir, ödəniş isə sonradan bank tərəfindən emal olunur.