Ru
09:35 / 19 Sentyabr 2019

Keçmiş FHN əməkdaşı qadının başına oyun açdı - MƏHKƏMƏ

1594

Bakıda vətəndaşın 72 min manatını dələduzluqla ələ keçirməkdə təqsirləndirilən Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı İbrahim Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.



Bakupost.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.



Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən şəxs qismində Qaratel Əhmədova tanınıb.



İ.Bağırov Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olub.



O, qadının yaxın qohunlarını nazirliklərdə işə düzəldəcəyi vədini verərək onlardan külli miqdarda pul alıb. Lakin verdiyi vədə əməl etməyərək qadının 72 min manatını mənimsəyib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər