Ru
18:00 / 22 Noyabr 2019

Keçmiş məhkum 1 ton arpa oğurladı

Keçmiş məhkum 1 ton arpa oğurladı
Eye

Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

BakuPost xəbər verir ki, müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan T.Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb.


Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobil noyabrın 21-də Şorabad kəndi ərazisində tapılıb, oğurluğu törətməkdə şübhəli bilinən Xızı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar