Ru
13:00 / 29 Noyabr 2021

Keçmiş məhkum qardaşlar yenə tutuldu

1299
Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Bakupost.az -a daxil olan məlumatda deyilir:

"Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı Şəhər baş Polisi İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil veriliblər".
Şərhlər
  • Firudin

    hummanistlik göstərərək amnistiya elan edib həbsxanaları boşaltmaq və azad edilənlərin sonrakı həyatı ilə maraqlanmadan və onların iş yerləri ilə təmin olunmasını,nəzarətdə saxlanmasını təşkl etmədən buraxmaq belə nəticələr verməsinin əsas səbəbidir. və gözləniləndir.Öncədən bu məsələlər həll edilməli və bundan sonra həbsxanalardakı məhkumlara amnistiya tətbiq olunmalıdır. ( Sovet vaxtı olduği kimi 5 gün ərzində onlar iş yerlərinə göndərilirdi və sahə müvəkkilinin daim nəzarətində olurdu ki, iş yerindən aralanmasın. )

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər