Ru
19:24 / 29 Dekabr 2025

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.

Bakupost.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Bəxtiyar Tağıyev sözügedən Agentlikdə rəis müavini təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Tağıyev bu təyinata qədər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin strukturunda fəaliyyət göstərən Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, hazırda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar