Ru
10:53 / 05 İyun 2021

Kərim Vəliyev və Arye Qut medalla təltif edildi

Kərim Vəliyev və Arye Qut medalla təltif edildi
Eye

Vaqif Səmədoğlu Mərkəzi general Kərim Vəliyevi və Arye Qutu medalla təltif edib.

Bu barədə Bakupost.az -a Vaqif Səmədoğlu Mərkəzinin sədri Nüşabə B.Vəkilova məlumat verib.

N.B.Vəkilova bildirib ki, Vaqif Səmədoğlu Mərkəzinin İdarə Heyətinin qərarı ilə Xalq şairi Vaqif Səmədoğlunun ad günü münasibəti ilə Azərbaycan torpaqlarının işğaldan azad olunmasındakı xidmətlərinə görə, I və II Qarabağ müharibəsi iştirakçısı, Zəfər ordenli general-leytenat Kərim Vəliyevi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi xidmətləri olan, Xocalıya ədalət layihəsinin İsrail üzrə nümayəndəsi, siyasi ekspert Arye Qutu “Vaqif Səmədoğlu medalı” ilə təltif ediblər.

Qeyd edək ki, Xalq şairi, darmaturq Vaqif Səmədoğlu Azərbaycanın Milli azadlıq hərəkatının liderlərindən olub. Onun xidmətləri “İstiqlal” ordeni ilə mukafatlandırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar