Ru
12:48 / 06 May 2026

Keti Perri Bakıya gələcək

Keti Perri Bakıya gələcək
Eye

Azərbaycanda keçiriləcək Formula 1 Qran-Prisində məşhur müğənni Keti Perri səhnə alacaq.

Bakupost.az xəbər verir ki, o, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə çıxış edəcək.

Keti Perri beynəlxalq musiqi dünyasının ən uğurlu ifaçılarından biridir. "Firework", "Roar" və "Dark Horse" kimi qlobal hitləri ilə yeddi "Diamond" sertifikatı qazanan müğənni rekordlar qıran dünya turları və möhtəşəm səhnə performansları ilə tanınır.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-dən 26-na qədər Bakıda keçiriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar