Ru
17:58 / 11 Avqust 2026

Kim kimə borclu qaldı: İran Trampa, yoxsa Tramp İrana?

Kim kimə borclu qaldı: İran Trampa, yoxsa Tramp İrana?
Eye

ABŞ Prezidenti Donald Tramp Tehrandan təzminat tələb etdiyini açıqlayıb.

“Bakupost” xəbər verir ki, Tramp İranın son 50 ildə öldürdüyünü iddia etdiyi insanlar, həmçinin müxtəlif münaqişələrdə ölən və yaralanan şəxslərlə bağlı təzminat tələb etdiyini bildirib.

Tramp həmçinin İranın Livan, Suriya, Yəmən və Qəzza əhalisinə dəymiş zərər və itkilərə görə məsuliyyət daşımalı olduğunu deyib.

ABŞ Prezidenti bu tələblərin gələcək danışıqlarda gündəmə gətirilməsi barədə nümayəndələrinə göstəriş verdiyini bildirib.
Aydın məsələdir ki, Trampın bu tələbləri İranı ABŞ-dən təzminat istəmək tələbindən imtina etməyə vadar etmək məqsədi daşıyır.
Yəni Tehran həmin tələbindən əl çəkməsə ABŞ-də ona qarşı anoloji və daha kəskin tələblər irəli sürəcək. Belədə, müqayisə aparanda aydın şəkildə görünür ki, ABŞ-nin istədiyi təzminatlar Tehranın tələbindən qat-qat çox olacaq.

Son proseslər fonunda Tramp artıq anlayıb ki, müharibə ilə İranı ram etmək o qədər də asan məsələ deyil. Ona görə də Tehranın təzminat məsələsini qaldırması fonunda, Tramp da həmin istiqamətdə hərəkət etməyi qət edib ki, İran səhvə yol verdiyini anlamaqla tələbindən geri çəkilsin.

Bir şey aydındır ki, bu sayaq qarşılıqlı iddia və tələblərlə mövcud problem həllini tapmayacaq.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar